
Rəsmi məzənnələr açıqlandı
2020-ci ilin Aprel ayının 24-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Aprelin 23-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.8308 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0228 manata qalxıb.
1 Türk lirəsi isə 0,2435 manata geriləyib.
Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 23-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8386 manata, 1 Rubl 0,0224 manata, 1 Türk lirəsi isə 0,2436 manata bərabər idi.
