Rəqəmsal ödənişləri dəstəkləyən premium kartlar artır

Rəqəmsal ödənişləri dəstəkləyən premium kartlar artır

BANK
199

Fins.az“Ziraat Bank Azərbaycan” ASC müştərilərinə kredit və debet funksiyalarını bir kartda birləşdirən Bankkart Prestij premium kartını təqdim edir.

Bankın məlumatına görə, Bankkart Prestij kartının ön tərəfi kredit, arxa tərəfi isə debet funksiyasını daşıyır. Kart Apple Pay və Google Pay dəstəyi ilə təmassız ödənişləri dəstəkləyir və Mastercard Black Edition statusunda 1, 3 və 5 il müddətinə təqdim olunur.

Bildirilib ki, kart sahibləri 40 günədək güzəşt müddəti, Fast Track və Biznes Lounge xidmətləri, hava limanına transfer, konsyerj xidməti, səyahət sığortası, keşbek kampaniyaları və digər premium üstünlüklərdən yararlana bilirlər. Kart üzrə illik faiz dərəcəsi 18% təşkil edir və onlayn əməliyyatlar 3D Secure təhlükəsizlik sistemi ilə qorunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...