Rəqəmsal bankçılıq uşaqların büdcə idarəetməsinə daxil olur

Rəqəmsal bankçılıq uşaqların büdcə idarəetməsinə daxil olur

BANK
184

Fins.az - RabitəBank” ASC ölkədə ilk dəfə 7–17 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Rabita Junior mobil tətbiqini təqdim edir.

Bankın məlumatına görə, Rabita Junior uşaqlara maliyyə savadlılığını əyləncəli formada öyrənmək, xərclərini idarə etmək və puldan düzgün istifadə vərdişləri qazanmaq imkanı yaradır. Tətbiq vasitəsilə uşaqlar maliyyə biliklərini inkişaf etdirə, keşbek qazana və müxtəlif tapşırıqları yerinə yetirərək əlavə vəsait əldə edə bilirlər.

Bildirilib ki, tətbiq uşaqların gündəlik maliyyə davranışlarını formalaşdırmağa, büdcə planlaşdırılması və məsuliyyətli xərcləmə vərdişlərinin inkişafına dəstək göstərir.

Eyni zamanda, Rabita Junior valideynlər üçün də rahat nəzarət imkanları təqdim edir. Valideynlər övladları üçün xərcləmə limitləri müəyyən edə, həyata keçirilən əməliyyatları izləyə və onların maliyyə fəaliyyətinə nəzarət edə bilirlər.

Məlumata əsasən, tətbiq valideynlərə övladlarının maliyyə əməliyyatlarını real vaxt rejimində izləmək və xərclərin idarə olunmasını daha effektiv təşkil etmək imkanı yaradır.

Beləliklə, Rabita Junior uşaqlara maliyyə idarəçiliyini öyrədən, valideynlərə isə övladlarının xərclərini rahat şəkildə idarə etməyə imkan verən innovativ bank mobil tətbiqi kimi təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəqəmsal bankçılıq uşaqların büdcə idarəetməsinə daxil olur — Fins.az — Fins.az