
"Regional" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb
Fins.az - 1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2006023405 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.07.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "Regional" BOKT MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006023405 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli Hərrac |
İstiqrazların sayı | 10,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
Kupon faizi | 16% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
Tədavül müddəti | 5 il |
Hərrac qiyməti* | 100 manat |
Reallaşdırılmış həcm | 1,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
İnvestor sayı | 64 |
Sifariş sayı | 65 |
Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |