Rabitəbank-ın biznes kreditlərinin həcmi  8,1% ARTIB -3-CÜ RÜBÜN HESABATI

Rabitəbank-ın biznes kreditlərinin həcmi  8,1% ARTIB -3-CÜ RÜBÜN HESABATI

BANK
643

2020-ci ilin yanvar-sentyabr aylarında "Rabitəbank” aktivlərini 16,5% artıraraq- 862,011 milyon manata çatdıtıb.

2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 394,833 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,7% artımın göstəricisidir. Sentyabrın sonuna istehlak kreditlərinin həcmi 1,8% artaraq 103,329 milyon manat, biznes kreditlərinin həcmi 8,1% çoxalaraq 223,438 milyon manat məbləğində qiymətləndirilir.

Hesabat dövrünün sonuna “Rabitəbank”ın öhdəlikləri 19,3% çoxalıb və 761,67 milyon manata bərabər olub.

Sentyabrın sonuna bankın depozit portfeli  16,3% böyüyərək 582,321 milyon manat , o cümlədən fiziki şəxslərin depozitləri 2% azalaraq 229,071 milyon manat təşkil edib.

2020-ci il oktyabrın əvvəlinə bankın kapitalı 1% azalıb 100,341 milyon manata, nizamnamə kapitalı isə dəyişməyib  101,3 milyon manata  bərabər olub.

Üç rübün yekunları üzrə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% azalaraq 3 milyon 844 min manat təşkil edib.

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rabitəbank-ın biznes kreditlərinin həcmi  8,1% ARTIB -3-CÜ RÜBÜN HESABATI — Fins.az — Fins.az