
Qızıl külçələrə investisiya marağı artır
Fins.az – “Xalq Bank” ASC fiziki şəxslər üçün qızıl külçələrin alqı-satqısı xidmətini təqdim edir.
Bankın məlumatına görə, müştərilərə Avropa və Rusiyada istehsal olunmuş 5, 10, 20, 50, 100, 250, 500 və 1000 qramlıq, 999,9 əyarlı qızıl külçələrin alqı-satqısı üzrə xidmət göstərilir.
Bildirilir ki, külçələrin keyfiyyəti istehsalçı zavod tərəfindən təsdiqlənir. Hər bir qızıl külçəsinin və ona aid sertifikatın üzərində seriya nömrəsi, eləcə də istehsalçının adı qeyd olunur.
Xalq Bank qeyd edir ki, qızıl külçələrin qiyməti bankın gündəlik məzənnələri əsasında müəyyən edilir. Hər bir külçə xüsusi qoruyucu qabda təqdim olunur.
Bankın məlumatına əsasən, qızıl külçələrinin alınması etibarlı investisiya aləti və hədiyyə seçimi kimi də qiymətləndirilir.Qızıl külçələrə investisiya marağı artır
Qızıl külçələrinin təhlükəsiz saxlanılması məqsədilə Xalq Bank müştərilərinə müxtəlif ölçülü depozit seyfləri də təklif edir. Bundan əlavə, bank özünün satdığı qızıl külçələrinin geri alışını da həyata keçirir.
Qeyd edək ki, hazırda Xalq Bank tərəfindən qızıl külçələrin satışı müvəqqəti olaraq dayandırılıb.