Qəbzlərin statusunu tətbiq üzərindən izləmək olar

Qəbzlərin statusunu tətbiq üzərindən izləmək olar

BANK
137

Fins.azYelo Bank bildirir ki, "ƏDV geri al" xidməti artıq Yelo App istifadəçiləri üçün aktivdir. İstifadəçilər tətbiq vasitəsilə qəbzlərini qeydiyyata alaraq ƏDV məbləğinin geri qaytarılması prosesini izləyə və təsdiqlənmiş vəsaiti komissiyasız şəkildə Yelo Bank kartına köçürə bilərlər.

Yelo Bank ASC-nin məlumatına görə, son illərin ən populyar layihələrindən biri olan "ƏDV geri al" xidməti artıq Yelo App-də istifadəyə verilib. Bank qeyd edir ki, istifadəçilər Yelo kartı ilə alış-verişlərdən qazandıqları cashback-lə yanaşı, ƏDV geri qaytarılması hesabına əlavə gəlir əldə edə bilərlər.

Xidmətdən istifadə etmək üçün ilk növbədə Yelo App-in ən son versiyaya yenilənməsi tələb olunur. Daha sonra istifadəçi tətbiqin əsas səhifəsində yer alan "Əlavələr" bölməsinə daxil olaraq "ƏDV geri al" funksiyasını seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodunu və əlaqə nömrəsini daxil etməli, SMS vasitəsilə göndərilən təsdiq şifrəsini yazaraq qeydiyyatı tamamlamalıdır.

Qeydiyyatdan sonra istifadəçilər şəxsi kabinet vasitəsilə QR kodu oxutduqları və ya Fiskal ID-ni daxil etdikləri qəbzlərin statusunu izləyə bilirlər. Qəbzlər "təsdiqlənən", "gözləmədə" və "ləğv olunan" statusları ilə göstərilir.

Yeni qəbz əlavə etmək üçün "Qəbzi skan et" funksiyasından istifadə etməklə QR kodu oxutmaq və ya Fiskal ID-ni əl ilə daxil etmək mümkündür.

Bank bildirir ki, təsdiqlənmiş ƏDV məbləğinin nağdlaşdırılması edvgerial.az portalı vasitəsilə Yelo Bank kartına köçürülməklə həyata keçirilir. Yelo Bank kartlarına ƏDV vəsaitinin köçürülməsi isə komissiyasızdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qəbzlərin statusunu tətbiq üzərindən izləmək olar — Fins.az — Fins.az