Qazaxıstandan Azərbaycana pul axını 12,2% artıb

Qazaxıstandan Azərbaycana pul axını 12,2% artıb

BANK
379

2025-ci ildə Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 25,884 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,8 milyon dollar və ya 12,2% artım deməkdir.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstanın payı 2,2% olub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,516 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,064 milyon dollar və ya 12,4% azalma deməkdir. Bu istiqamətdə ümumi köçürmələrdə Qazaxıstanın payı 1,5% olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Qazaxıstana pul köçürmələri 8,580 milyon ABŞ dolları, əks istiqamətdə isə 23,070 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 21,6 milyon dollar və ya 4,1% azdır.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 94,1 milyon dollar və ya 8,7% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstandan Azərbaycana pul axını 12,2% artıb — Fins.az — Fins.az