Qazaxıstandan Azərbaycana birbaşa investisiyalar 2 dəfə artıb

Qazaxıstandan Azərbaycana birbaşa investisiyalar 2 dəfə artıb

BANK
313

2025-ci ildə Qazaxıstandan Azərbaycana birbaşa investisiyaların həcmi 29,407 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 14,6 milyon dollar və ya təxminən 2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi daxilində Qazaxıstanın payı 0,4% olub.

Öz növbəsində Azərbaycan 2025-ci il ərzində Qazaxıstan iqtisadiyyatına 8,135 milyon dollar sərmayə yatırıb ki, bu da əvvəlki ilə nisbətən 1,5 milyon dollar və ya 15,6% azalma deməkdir. Azərbaycandan Qazaxıstana yönələn birbaşa investisiyaların ümumi həcmində xüsusi çəkisi 0,3% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Qazaxıstandan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 14,8 milyon dollar, əks istiqamətdə isə 9,6 milyon dollar təşkil etmişdi.

2025-ci ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard dolları ötüb ki, bu da 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda Azərbaycandan xarici ölkələrə yönəlmiş birbaşa investisiyaların həcmi 2,528 milyard dollar olub ki, bu, 2024-cü ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstandan Azərbaycana birbaşa investisiyalar 2 dəfə artıb — Fins.az — Fins.az