Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb

BANK
474

2026-cı ilin martın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 525,951 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0,092 milyon manat və ya 0,02% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,8 milyon manat və ya 10,2% çoxdur.

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,88% təşkil edib. Regiona qoyulmuş kreditlərin 525,517 milyon manatı milli valyutada, 433 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, 2026-cı ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 58 min manat və ya 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,5 milyon manat və ya 2,4 dəfə artaraq 24,472 milyon manat olub.

Bu göstərici üzrə orta faiz dərəcəsi 14,63% təşkil edib. Regiona qoyulmuş kreditlərin 15,612 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 550,423 milyon manata çatıb.

Qeyd olunur ki, 2026-cı ilin martın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi 30,119 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 138,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 9,2% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb — Fins.az — Fins.az