Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər

Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər

BANK
811

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kredit portfelinin böyüməsi onun nizamnamə kapitalının artırılmasını gündəmə gətirib.

 RİA “Novosti” xəbər verir ki, bu barədə Bankın sədri Dmitri Pankin məlumat verib. 

Onun sözlərinə görə, ötən ilin I yarısının yekununda 1,65 milyard avro kredit portfelinə malik olan bank bu ilin əvvəlinə sözügedən göstəricini 2 milyard avroya çatdırıb, ilin sonuna qədər isə 2,4 milyard avroya çatdırmağı planlaşdırır. 

Xatırladaq ki, QDTİB-nin təsisçiləri Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstandır. Hazırda onun kapitalı 3,45 milyard avrodur. Bankda əsasən pay sahibləri 24%-lə Yunanıstan və 22%-lə Türkiyədir. Azərbaycanın isə 5% payı var. 

QDTİB əsasən Qara dəniz hövzəsi ölkələrində həyata keçirilən infrastruktur layihələri üçün kreditlər ayırır. 

(c)“Report”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qara Dəniz Ticarət və İnkişaf Bankına "maya qoyula" bilər — Fins.az — Fins.az