Pulumu necə idarə edim? -  Vebinar

 Pulumu necə idarə edim? -  Vebinar

BANK
521

Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin əsas istiqamətlərindən biri də maliyyə savadlılığının artırılmasıdır.

Fins.az xəbər verir ki,bu məqsədlə ABA tərəfindən müxtəlif tədbirlər keçirilmiş, müvafiq işlər görülüb.

Məlumata görə belə tədbirlərdən biri də 11 noyabr 2020-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA və Sparkassen-Finanzgruppe tərəfindən keçiriləcək “Beynəlxalq Əmanət Günü: Pulumu necə idarə edim?” adlı vebinardır. Vebinarda spikerlər tərəfindən pulun idarə edilməsi, gələcək sərmayə olaraq istifadə edilməsi, müştəri-bank münasibətləri, pulu bankda saxlamağın üstünlükləri, Mərkəzi Bakın rəqəmsal identifikasiya sistemi haqqında çıxışlar ediləcək, müzakirələr aparılacaq.

Vebinar Zoom platforması üzərindən həyata keçiriləcək.

Vebinarda iştirak üçün qeydiyyat linki: //forms.gle/c3yT5FcjYeGhgaKs5

Vebinar haqqında daha ətraflı: //fb.me/e/6bTUkCalo

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pulumu necə idarə edim? -  Vebinar — Fins.az — Fins.az