
Problemli kreditlərin həcmi AZALIB
Bu ilin sentyabr ayının 30-na Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 069,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 4,1 mln. manat və ya 0,4% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb
Məlumata görə 2020-ci ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 203,6 mln. manat və ya 16% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 373,4 mln. manat və ya 25,9% azalıb.