Premiumbank-ın gəlirləri və əməliyyat mənfəəti azalıb

Premiumbank-ın gəlirləri və əməliyyat mənfəəti azalıb

BANK
962

Premiumbank 2020-ci ilin 1-ci rübünü 6 milyon 55 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur Bank 2019-cu ilin 1-ci rübnü 3 milyon 15 min manat xalis mənfəət ilə bağlamışdı. İlk rübdəki xalis mənfəətin böyük hissəsi məqsədli ehtiyatlardan qayıtmadan qaynaqlanır.

Fins.az  Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Premiumbank-ın cəmi əməliyyat gəlirləri 13 milyon 403 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 909 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 494 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 4 milyon 560 min manat mənfəətə əlavə edilib və nəticədə Bankın mənfəəti 6 milyon 55 min manata yüksəlib.

GƏLİRLƏRİ AZALIB

Premiumbankın faiz gəlirləri ötən ilin ilk rübündə 10 milyon 948 min manat ikən, 2020-ci ilin ilk rübündə 8 milyon 852 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 4 milyon 745 min manatdan 4 milyon 551 min manata geriləyib.

2019-cu ilin 1-ci rübündə Premiumbank-ın əməliyyat gəlirləri 15 milyon 693 min manat, əməliyyat xərcləri 13 milyon 53 min manat, əməliyyat mənfəəti 2 milyon 640 min manat təşkil etmişdi. 2020-ci ilin ilk rübündə əməliyyat mənfəətinin 1 milyon 494 min manata düşməsi Bankın gəlirlərinin azalması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Premiumbank-ın gəlirləri və əməliyyat mənfəəti azalıb — Fins.az — Fins.az