"PayPal" Rusiya ərazisində xidmətlərini dayandırıb

"PayPal" Rusiya ərazisində xidmətlərini dayandırıb

BANK
516

"PayPal" beynəlxalq elektron ödəniş sistemi Rusiya ərazisində xidmət göstərilməsini dayandırıb.

Bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, qərar Rusiyanın Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlarla əlaqədar verilib.

Şirkətin prezidenti Den Şulman bildirib ki, Rusiya vətəndaşları müəyyən müddətədək öz hesablarındakı vəsaiti çıxara bilər. O, həmçinin əlavə edib ki, martın 2-dən etibarən "PayPal" Rusiyadan yeni istifadəçilərin qeydiyyatını dayandırıb.

Bundan başqa, "eBay" şirkəti də qeyri-müəyyən müddətə Rusiya və Ukraynaya məhsulların çatdırılma xidmətini dayandırdığını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"PayPal" Rusiya ərazisində xidmətlərini dayandırıb — Fins.az — Fins.az