
“PAŞA Bank”ın investisiya qiymətli kağızları 42% artıb - Cavid Quliyev
2025-ci ildə “PAŞA Bank”ın aktivləri illik müqayisədə 14 faiz artaraq 9,844 milyard manata çatıb.
Fins.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il bankın ümumi faiz gəlirləri 13 faiz artaraq 567 milyon manata yüksəlib.
Eyni zamanda, qeyri-faiz gəlirləri də 9 faiz artım göstərərək 101 milyon manatı ötüb.
Cavid Quliyev qeyd edib ki, 2025-ci ildə bankın investisiya qiymətli kağızlarının həcmi də əhəmiyyətli dərəcədə artaraq 42 faiz yüksəlib və 2,5 milyard manatı keçib.