
"Paşa Bank" səhmdarlara iri həcmdə dividend ödəməyi planlaşdırır – Murad Süleymanov
2026-cı ilin iyun ayının ikinci yarısında “PAŞA Bank”ın dividend ödənişi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə inzibatçısı Murad Süleymanov “PAŞA Bank”ın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin maliyyə nəticələrinə əsasən, səhmdarlara 107 milyon manat həcmində dividend ödənişinin həyata keçirilməsi planlaşdırılır.
Murad Süleymanov qeyd edib ki, bank yeni səhmdarlara da dividend ödənişi etməyi nəzərdə tutur.