
PAŞA Bank rəsmisi: Yay aylarında Google Pay-i istifadəyə verəcəyik
Yay aylarında biz Google Pay-i tətbiq etməyi planlaşdırırıq.
Bunu "Fins.az"-a açıqlamasında PAŞA Bank-ın İdarə Heyətinin üzvü Cəlal Orucov deyib.
O bildirib ki, rəqəmsalaşma strategiyamıza uyğun şəkildə işlərimizə davam edirik,planlarımız dəyişməyib.Yay aylarında biz Google Pay-i tətbiq etməyi planlaşdırırıq.Artıq Apple Pay vasitəsi ilə iPhone istifadəçisi olan müştərilərimiz rahat şəkildə ödənişləri həyata keçirə bilir.
Cəlal Orucov fikirlərinin davamında"Biz müştərilərimizə Google Pay vasitəsilə də ödəniş etmək imkanı yaratmağı qərara aldıq və yaxın zamanda Google Pay-i istifadəyə verəcəyik,"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva