
"PAŞA Bank" qiymətli kağızlara investisiyanı artırıb-MƏBLƏĞ
2020-ci ilin ilk rübündə PAŞA Bankın qiymətli kağızlara investisiya portfelinin məbləği 58 milyon 355 min manat artıb.
Fins.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 31 Mart 2020-ci il tarixində PAŞA Bankın qiymətli kağızlara investisiyası 1 milyard 154 milyon 851 min manat təşkil edib.
Ötən ilin sonunda Bankın qiymətli kağızlara investisiyalarının məbləği 1 milyard 96 milyon 496 min manat idi.