Özbəkistan Milli Bankı 300 milyon dollarlıq eurobondların ilk buraxılışını planlaşdırır

Özbəkistan Milli Bankı 300 milyon dollarlıq eurobondların ilk buraxılışını planlaşdırır

BANK
423

Cümhuriyyət Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Özbəkistanın Xarici İqtisadi İşlər Milli Bankı (Milli Bank) 300 milyon dollarlıq avrobondların debüt buraxılışını planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Bankının  bununla bağlı təşkil etdiyi virtual konfransa  ABŞ, İsveçrə, Almaniya, Böyük Britaniya, Rusiya və Asiya ölkələrindən 70 sərmayəçi qatılıb

Bildirilib ki, növbəti addım, Milli Bankın buraxdığı avrobondların qiymətinin və bazarın mövcud vəziyyətinə əsasən London Fond Birjasında daha çox satışının müəyyənləşdirilməsi olacaq

Fitch Ratings, Avrobondlara gözlənilən uzunmüddətli 'BB-' (EXP) reytinqi təyin edib.Fitch-ə görə, istiqrazların müddəti 5 il olacaq. Bankın yerləşdirmədən əldə etdiyi gəliri xarici valyuta kredit portfelini maliyyələşdirmək üçün istifadə etməsi gözlənilir.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...