Ötən il Azərbaycandan 5 milyard dollar kapital çıxarılıb – AMB

Ötən il Azərbaycandan 5 milyard dollar kapital çıxarılıb – AMB

BANK
423

2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabında mənfi saldo təxminən 5 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə ölkənin xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları artıb.

Eyni zamanda, xalis maliyyə öhdəlikləri də artım nümayiş etdirərək 0,4 milyard ABŞ dolları yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycandan 5 milyard dollar kapital çıxarılıb – AMB — Fins.az — Fins.az