Ötən il Azərbaycanda əməkhaqqı kartları ilə ödənişlərin 54,2%-i nağdsız aparılıb

Ötən il Azərbaycanda əməkhaqqı kartları ilə ödənişlərin 54,2%-i nağdsız aparılıb

BANK
295

2025-ci ildə ölkədə əməkhaqqı kartları ilə həyata keçirilən ödənişlərin 54,2%-i nağdsız formada aparılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, hesabat dövründə müşahidə olunub ki, əməkhaqqı kartlarının sahibləri arasında nağdsız ödənişlərin istifadəsi davamlı olaraq artır. Sosial kartlar vasitəsilə aparılan ödənişlərdə nağdsız əməliyyatların payı son üç il ərzində 9 faiz bəndi artaraq 20%-ə çatıb.

Yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 22 milyon 156 min ədəd olub və əvvəlki aydan 176 min ədəd artım qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kartların sayı 11% artıb. Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycanda əməkhaqqı kartları ilə ödənişlərin 54,2%-i nağdsız aparılıb — Fins.az — Fins.az