“Ödəniş sistemləri və rəqəmsal bankçılıq” ekspert qrupunun iclası keçirilib

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq” ekspert qrupunun iclası keçirilib

BANK
448

Azərbaycan Banklar Asossiasiyasının nəzdində fəaliyyət göstərən  “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” Ekspert qrupunun 3 may 2021- ci il tarixində  növbəti onlayn iclası keçirilib.

Fins.az xəbər verir ki, görüş zamanı ekspertlər bir sıra aktual məsələlərə dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq” ekspert qrupunun iclası keçirilib — Fins.az — Fins.az