Ödəmə terminallarından 10 min manata yaxın pul oğurladı

Ödəmə terminallarından 10 min manata yaxın pul oğurladı

BANK
611

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon  Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan fins.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, E. Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq  9187 manat nağd pulu oğurlayıb.

E. Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər anoloji cinayətləri törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ödəmə terminallarından 10 min manata yaxın pul oğurladı — Fins.az — Fins.az