Norveç faiz endirdi

Norveç faiz endirdi

BANK
800

Pul siyasətilə iqtisadiyyata dəstək verən mərkəzi banklar "karvanına" Norveç Mərkəzi Bankı da qoşuldu. Marja xəbər verir ki, növbədənkənar yığıncaqda yekdilliklə faiz endirimi qərarı verilib. 

Norveç Mərkəzi Bankı əsas faizi 0,50 bənd azaldaraq 1% səviyyəsinə salıb. 

Bankın açıqlamasında, "Bank prosesləri yaxından izləyir və daha çox faiz endirimlərinə hazırdır" deyilir. 

İqtisadçılar bildirirlər ki, daha aşağı faiz nisbəti koronavirus epidemiyasının Norveç iqtisadiyyatı üzərində güclü bir təsiri olmasının önünə keçə bilməz. Ancaq geriləməni azalda bilər, iqtisadi artım  və məşğulluq üzərində daha qalıcı bir təsir riskini yüngülləşdirə bilər. 

© Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Norveç faiz endirdi — Fins.az — Fins.az