Neft qiymətləri ARDNF ehtiyatlarını artıracaq - BVF

Neft qiymətləri ARDNF ehtiyatlarını artıracaq - BVF

BANK
98

Qeyri-neft sektorunda sabit artım, inflyasiya hədəf diapazonunda qalacaq

Fins.az - Beynəlxalq Valyuta Fondunun (BVF) yeni hesabatına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları karbohidrogen qiymətlərinin yüksək səviyyədə qalması fonunda artmağa davam edəcək.

Hesabatda qeyd olunur ki, ölkədə iqtisadi artımın bir qədər sürətlənəcəyi, inflyasiyanın isə Mərkəzi Bankın müəyyən etdiyi hədəf intervalında qalacağı gözlənilir.

BVF analitiklərinin proqnozuna görə, neft və qaz hasilatında müşahidə olunan zəiflik 2026-cı ildə ÜDM artımını məhdudlaşdırsa da, iqtisadiyyat ümumilikdə müsbət dinamika saxlayacaq.

2026-cı il üçün iqtisadi proqnozlar

Sənədə əsasən, 2026-cı ildə Azərbaycan iqtisadiyyatının ümumi ÜDM artımı 2,1% səviyyəsinə yüksələcək. Qeyri-neft sektorunda isə artımın 3,7% təşkil edəcəyi, orta müddətli dövrdə isə təxminən 3,5% ətrafında sabitləşəcəyi gözlənilir.

BVF bildirir ki, qeyri-neft sektorunda istehsal boşluğunun tədricən azalması, lakin müsbət artım trendinin davam etməsi proqnozlaşdırılır.

Neft sektoru və inflyasiya proqnozu

Hesabata görə, neft ÜDM-i 2026-cı ildə 2% azalacaq, sonrakı illərdə isə azalma tempi 0,5%-ə qədər zəifləyəcək.

Eyni zamanda inflyasiyanın 2026-cı ilin sonuna qədər 6%-ə yüksələcəyi, bunun əsas səbəbinin isə idxal olunan ərzaq məhsullarında qiymət artımı olduğu qeyd edilir. BVF bu vəziyyətin əhalinin real gəlirlərinə və daxili tələbatına təzyiq göstərə biləcəyini bildirir.

Cari əməliyyatlar balansı və neft qiymətləri

Hesabata əsasən, karbohidrogen qiymətlərinin yüksəlməsi Azərbaycanın cari əməliyyatlar balansında profisiti artıracaq. Lakin orta müddətli perspektivdə bu göstəricinin tədricən azalması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətləri ARDNF ehtiyatlarını artıracaq - BVF — Fins.az — Fins.az