Bir neçə iri bank hüquqi şəxslər üçün Açıq Bankçılığa qoşulacaq -AMB

Bir neçə iri bank hüquqi şəxslər üçün Açıq Bankçılığa qoşulacaq -AMB

BANK
424

2026-cı ilin sonuna qədər Azərbaycanda bir neçə iri bankın hüquqi şəxslər üçün “Açıq Bankçılıq” sisteminə qoşulması planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

Onun sözlərinə görə, “Açıq Bankçılıq” çərçivəsində ilk mərhələdə “Hesab üzrə məlumat xidməti” inteqrasiya olunub. Hazırda isə “Ödəniş əməliyyatlarının aparılması” xidməti sistemə qoşulma mərhələsindədir.

Qeyd olunub ki, “Açıq Bankçılıq” iki əsas komponentdən ibarətdir. Birinci komponent istifadəçilərə yalnız məlumatların əldə edilməsinə imkan yaradır. Bu mərhələdə müştərilər müxtəlif banklardakı hesablarını bir maliyyə tətbiqinə inteqrasiya edərək ümumi maliyyə məlumatlarını görə bilirlər.

Məlumata əsasən, hazırda Azərbaycanda bu inteqrasiya üçün müddət 30 gündən 90 günədək dəyişir. Beynəlxalq standartlarda maksimum 90 gün tətbiq olunduğundan, ölkədə də bu yanaşma əsas götürülür. Gələcəkdə isə bu müddətin uzadılması da istisna edilmir.

İkinci komponent isə istifadəçilərə inteqrasiya olunmuş hesablar üzərindən birbaşa ödəniş əməliyyatları aparmaq imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bir neçə iri bank hüquqi şəxslər üçün Açıq Bankçılığa qoşulacaq -AMB — Fins.az — Fins.az