Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

 Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

BANK
208

2026-cı ilin aprelin 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sənaye və istehsal sektoruna yönəldilmiş kreditlərin həcmi 1,691 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 7,2 milyon manat və ya 0,4% azalma nümayiş etdirib, ötən ilin eyni dövrü ilə müqayisədə isə 52,7 milyon manat və ya 3,2% artıb.

Hesabat dövründə ölkə üzrə real sektora yönəldilmiş kredit portfelinin ümumi həcmi 32,932 milyard manat olub. Bu göstərici bir ay əvvələ nisbətən 368 milyon manat və ya 1,1%, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az