
Naxçıvanda nə qədər bank hesabı açılıb?-RƏSMİ AÇIQLAMA
1 may 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 86 758-ə çatıb
Fins.az Naxçıvan Dövlət Statistika Komitəsinin yayımladığı məlumata istinadən xəbər verir ki, açılmış hesabların 76084-ü və ya 87,7%-i aktiv hesablardır.
Qeyd olurnur ki,2020-ci ilin yanvar-aprel ayları ərzində açılan 11914 bank hesabının 11912-si aktiv hesablar olub.
Həmçinin "1 may 2020-ci il tarixinə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 289-a çatdırılıb"-deyə Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Müəllif:Aynur Qəniyeva