Nağd valyuta əməliyyatları 51 mln. dolları ötüb - Mərkəzi Bank

Nağd valyuta əməliyyatları 51 mln. dolları ötüb - Mərkəzi Bank

BANK
554

Cari ilin ötən dövründə Azərbaycanda valyuta bazarında vəziyyətin stabil olaraq qalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dollarını üstələyib.

Bildirilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevral ayında 27.7%-ə enib. Bu göstəricinin məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu əks etdirdiyi vurğulanır.

Eyni zamanda qeyd olunur ki, mövcud şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 milyard ABŞ dollarına çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nağd valyuta əməliyyatları 51 mln. dolları ötüb - Mərkəzi Bank — Fins.az — Fins.az