Nağd və qeyri-nağd aktivlərin qorunması üçün alternativ həll: Depozit seyfləri

Nağd və qeyri-nağd aktivlərin qorunması üçün alternativ həll: Depozit seyfləri

BANK
211

“Yelo Bank” ASC müştərilərə qiymətli əşyaların qorunması üçün depozit seyfləri xidmətini təqdim edir.

Məlumata görə, depozit qutuları qarət, yanğın və digər risklərdən qorunma məqsədilə daha etibarlı saxlama imkanı yaradır.

Qeyd olunur ki, müştərilər sənədlərini, qiymətli kağızlarını, pullarını, qızıl-zinət əşyalarını və müxtəlif kolleksiyalarını seyflərdə saxlaya bilirlər. Xidmətdən istifadə üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi kifayətdir və icarə müddəti ərzində seyfdən məhdudiyyətsiz istifadə imkanı mövcuddur.

Məlumata əsasən, depozit qutuları aşağı tariflər, yüksək təhlükəsizlik, etibarnamə ilə istifadə imkanı, qeyri-rezidentlər üçün əlçatanlıq və tam konfidensiallıq kimi üstünlüklərə malikdir.

Bildirilib ki, seyflər siqnalizasiya və yanğın əleyhinə sistemlərlə təchiz olunmuş xüsusi otaqlarda 24 saat fasiləsiz peşəkar mühafizə altında saxlanılır.

Qeyd edilir ki, depozit qutuları kiçik, orta və böyük ölçülərdə təqdim olunur və tariflər müddətə uyğun olaraq dəyişir:

  • Kiçik seyf: 1 ay – 20 AZN, 3 ay – 50 AZN, 6 ay – 90 AZN, 12 ay – 170 AZN

  • Orta seyf: 1 ay – 30 AZN, 3 ay – 80 AZN, 6 ay – 150 AZN, 12 ay – 280 AZN

  • Böyük seyf: 1 ay – 50 AZN, 3 ay – 140 AZN, 6 ay – 260 AZN, 12 ay – 500 AZN

Məlumata görə, əlavə aylıq istifadə haqqı 20–50 AZN aralığında dəyişir, açar itirildiyi halda isə 100 AZN-ə qədər cərimə tətbiq olunur.

Qeyd edilir ki, seyflərdə silah, narkotik vasitələr, partlayıcı, radioaktiv, kimyəvi aktiv və tez xarab olan maddələrin saxlanılmasına icazə verilmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nağd və qeyri-nağd aktivlərin qorunması üçün alternativ həll: Depozit seyfləri — Fins.az — Fins.az