
Müşviq Məmmədov:Pul vəsaiti tələb olunanda istifadəçi hipnoz olsun və ödənişdən imtina etməsin
Kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə istifadəçi artıq hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin
Fins.az xəbər verir ki, bunu Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov “Giveaway”-də uduşun bank hesabına göndərilməsi fırıldağı ilə bağlı açıqlamasında bildilir
Məlumata görə,o mövzuya münasibət bildirəkən “Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər. Skamerə sadəcə potensial qurbanda maraq oyatmaq, onun ayıq-sayıqlığını yox etmək, çaşdırmaq lazımdır ki, ondan kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə istifadəçi artıq hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin."-deyə bildirib.
Müşfiq Məmmədov fırıldaqçıların bank hesabına pul ödənişi zmanaı kommisiya tələbi ilə bağlı da açıqlama verərək“Komissiya” ödənişi haqqında istək dərhal meydana çıxmır, o istifadəçi artıq qazandığı pulları hara xərcləyəcəyi barədə düşünməyə başladığı mərhələdə meydana çıxır”, - deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva