Muğan Banka yaxın BOKT yaradılıb

Muğan Banka yaxın BOKT yaradılıb

BANK
627

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Yeni kredit təşkilatı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmilçisi isə Fuad Cəlil oğlu Muradovdur.

Xatırladaq ki, sözügedən ünvanda "Muğan Bank"a yaxın sayılan "MFX-Trading İnvestisiya Şirkəti" ASC və "Muğan Lizinq" MMC də fəaliyyət göstərir.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Muğan Banka yaxın BOKT yaradılıb — Fins.az — Fins.az