Mobil bankçılıq xidmətlərində yeni rəqəmsal imkanlar təqdim olunur

Mobil bankçılıq xidmətlərində yeni rəqəmsal imkanlar təqdim olunur

BANK
212

Fins.azUnibank KB ASC müştərilərinə UBank mobil tətbiqi vasitəsilə banka getmədən müxtəlif bank xidmətlərindən istifadə imkanı təqdim edir.

Bankın məlumatına görə, UBank vasitəsilə kartdan-karta köçürmələr, kommunal və dövlət ödənişləri, kredit və sığorta ödənişləri, ƏDV geri al əməliyyatları, Apple Pay və Google Pay xidmətlərinə qoşulma, həmçinin kartın idarə edilməsi funksiyalarından istifadə etmək mümkündür.

Bildirilib ki, istifadəçilər Unibank kartları arasında limitsiz, digər bankların kartlarına isə 2 000 manatadək komissiyasız köçürmə həyata keçirə bilərlər. Tətbiq vasitəsilə həmçinin alış-veriş məbləğini hissələrə bölmək, maliyyə məqsədləri üçün vəsait toplamaq və yaxınlıqdakı Unibank filialları ilə UTM-ləri tapmaq mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mobil bankçılıq xidmətlərində yeni rəqəmsal imkanlar təqdim olunur — Fins.az — Fins.az