Mərkəzi Bankın uçot faizinin təsiri digər bazar faizlərində daha da güclənib

Mərkəzi Bankın uçot faizinin təsiri digər bazar faizlərində daha da güclənib

BANK
547

Fins.az - Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2025-ci ilin iyul və dekabr aylarında uçot faiz dəhlizinin parametrləri 0,5 faiz bəndi azaldılıb və bunun bazar faizlərinə təsiri daha da güclənib.

Nəticədə, AZIR indeksi bu dəyişikliyə çevik reaksiya verib və 2025-ci ilin dekabr ayında onun ortaçəkili səviyyəsi 2024-cü ilin dekabrı ilə müqayisədə 0,95 faiz bəndi azalıb.

Dövlət qiymətli kağızları bazarında da azalma öz əksini tapıb. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2025-ci ilin dekabrında 2024-cü ilin dekabrı ilə müqayisədə azalma müşahidə olunub:

  • 3 aylıq istiqrazlar üzrə gəlirlilik 1,61 faiz bəndi azalıb

  • 1 illik istiqrazlar üzrə gəlirlilik 1,8 faiz bəndi azalıb

  • 4 illik istiqrazlar üzrə gəlirlilik 2,84 faiz bəndi azalıb

Məlumatda vurğulanıb ki, bu dəyişikliklər uçot faizinin digər bazar faizlərinə ötürülməsinin zamanla daha da gücləndiyini göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın uçot faizinin təsiri digər bazar faizlərində daha da güclənib — Fins.az — Fins.az