Mərkəzi Bankın uçot faiz dərəcəsi digər bazar faizlərinə təsirini gücləndirib

Mərkəzi Bankın uçot faiz dərəcəsi digər bazar faizlərinə təsirini gücləndirib

BANK
599

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsirinin zamanla daha da gücləndiyini bildirir.

Məlumata görə, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0,5 faiz bəndi azaldılıb. Bu dəyişiklik AZIR indeksinə çevik təsir göstərib və indeksin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 faiz bəndi azalıb.

Faiz azalması dövlət qiymətli kağızları bazarında da öz əksini tapıb. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2025-ci ilin dekabr ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə azalma müşahidə olunub. Geri ödəmə müddəti üzrə gəlirlilikdə dəyişikliklər belə qeydə alınıb: 3 aylıq istiqrazlar üzrə 1,61 faiz bəndi, 1 illik istiqrazlar üzrə 1,8 faiz bəndi, 4 illik istiqrazlar üzrə isə 2,84 faiz bəndi azalma.

AMB məlumatında vurğulayır ki, uçot faiz dərəcəsindəki dəyişikliklər bazar faizlərinin hərəkətinə uzunmüddətli təsir göstərir və iqtisadi sabitliyin təmin edilməsində önəmli rol oynayır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın uçot faiz dərəcəsi digər bazar faizlərinə təsirini gücləndirib — Fins.az — Fins.az