Mərkəzi Bank rəqəmsal pul yaratdığını AÇIQLADI

Mərkəzi Bank rəqəmsal pul yaratdığını AÇIQLADI

BANK
1,760

Çin Mərkəzi Bankı  milli rəqəmsal valyutanın yaradılması üçün araşdırma və tərtibat fəaliyyətlərini həyata keçirir.

Fins.az xəbər verir ki, bj barədə, Çin Mərkəzi Bankının vitse-prezidenti Yifei Fan milli valyutanın təhlükəsizliyi ilə bağlı keçirdiyi telekonfransda açıqlama verib.

Bu açıqlama rəqəmsal yuan barədə Mərkəzi Bank tərəfindən verilən üçüncü açıqlamadır. Bu layihənin 2018-ci ildə başlandığı bildirilib. Ötən il isə, layihənin sürətləndirildiyi açıqlanıb.

Layihənin tamamlanmasında qərarlılığın göstərildiyi cari açıqlamanın əsas səbəbi kimi isə, koronavirus pandemiyası səbəbindən nağd pula meyilliliyin azalması ehtimal edilir.

Rəqəmsal yuan ilə yanaşı, Çin Mərkəzi Bankı nağd pul dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün digər layihələrin də həyata keçiriləcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank rəqəmsal pul yaratdığını AÇIQLADI — Fins.az — Fins.az