
Mərkəzi Bank qarşısında 8,635 milyon manat öhdəliyi olan bank
“Bank BTB" 2020-ci ilin I rübündə Mərkəzi Bank (AMB) qarşısında öhdəliklərini 53% - 8,635 milyon manatadək artırıb.
“Bank BTB”nin hesabatına əsasən, 31 dekabr 2019-cu il tarixinə bankın AMB qarşısında öhdəlikləri 5,645 milyon manat məbləğində qiymətləndirilib.
Xəbər verildiyi kimi, “Bank BTB” ötən ilin birinci yarısında Mərkəzi Bank qarşısında öhdəliklərini plana uyğun surətdə azaldıb. Xüsusilə 2019-cu ilin birinci rübünün yekunları üzrə onların həcmi 7,316 milyon manatadək, II rübün yekunları üzrə 3 milyon manatadək azalıb. Lakin III rübdən etibarən bank yenidən vəsait cəlb etməyə başlayıb.
“Bank BTB” Mərkəzi Bankdan vəsaitlərin hansı məqsəd və şərtlərlə cəlb olunduğunu açıqlamır.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.