Mərkəzi Bank "Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirib

Mərkəzi Bank "Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirib

BANK
716

 Mərkəzi Bank Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan 35 könüllü üçün “Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirilib

Fins.az xəbər verir ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş vebinarda qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İş yerlərində maliyyə maarifləndirməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank növbəti həftələrdə də qeyd olunan istiqamətlər üzrə vebinarların təşkilini nəzərdə tutur.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank "Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirib — Fins.az — Fins.az