
Mərkəzi Bank lizinq və lombard nümayəndələri üçün ƏL/TMM təlimi keçirib
Mərkəzi Bankda maliyyə lizinqi xidmətləri göstərən şəxslərin və lombardların nümayəndələri üçün ƏL/TMM qanunvericiliyinin tətbiqinə dair təlim keçirilib
Fins.az - Mərkəzi Bank tərəfindən maliyyə lizinqi xidmətləri göstərən şəxslərin və lombardların nümayəndələri üçün cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qanunvericiliyin tətbiqinə dair təlim keçirilib.
Təlimdə ƏL/TMM qanunvericiliyi üzrə daxili nəzarət proqramının təşkili, müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsi və şübhəli əməliyyatların müəyyən edilməsi kimi məsələlər əhatə olunmuş, eləcə də iştirakçıların sualları cavablandırılıb.