Mərkəzi Bank likvidlik əməliyyatlarını açıqlayıb: AZIR uçot dərəcəsinə yaxın saxlanılıb

Mərkəzi Bank likvidlik əməliyyatlarını açıqlayıb: AZIR uçot dərəcəsinə yaxın saxlanılıb

BANK
272

2026-cı ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) avtonom amillərin monetar şəraitə təsirini minimallaşdırmaq və AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə saxlamaq məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edib.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, 2026-cı ilin yanvar–mart aylarında ümumilikdə 23 depozit hərracı keçirilib. Hərraclar üzrə orta əməliyyat həcmi 1 milyard 70,4 milyon manat təşkil edib.

Açıqlamada bildirilib ki, açıq bazar əməliyyatları çərçivəsində 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərraclar davam etdirilib. Hesabat dövründə ümumilikdə 44 not hərracı baş tutub. Onlardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub.

Qeyd olunub ki, mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitlərin ümumi qalığı 306,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 63,9 milyon manat azdır.

AMB-nin məlumatına görə, son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6,25%, 84 günlük notlar üzrə 6,22%, 168 günlük notlar üzrə 6,32%, 252 günlük notlar üzrə isə 6,35% olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank likvidlik əməliyyatlarını açıqlayıb: AZIR uçot dərəcəsinə yaxın saxlanılıb — Fins.az — Fins.az