Mərkəzi Bank “ən yüksək uyğunluq” səviyyəsi ilə qiymətləndirilib

Mərkəzi Bank “ən yüksək uyğunluq” səviyyəsi ilə qiymətləndirilib

BANK
376

Mərkəzi Bankda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Audit departamentinin müstəqil qiymətləndirmə qrupu tərəfindən kənar qiymətləndirmə aparılıb.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə keçirilən qiymətləndirmə beynəlxalq daxili audit standartlarına uyğun metodologiya əsasında icra olunub.

Qeyd edilib ki, qiymətləndirmə nəticələrinə əsasən, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq daxili audit standartlarının tələblərinə tam şəkildə uyğun olduğu müəyyənləşdirilib. Yekun nəticə olaraq üçpilləli qiymətləndirmə şkalası üzrə daxili audit funksiyası ən yüksək qiymətləndirmə dərəcəsi olan “ümumilikdə uyğundur” (Generally Conforms) səviyyəsində qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank “ən yüksək uyğunluq” səviyyəsi ilə qiymətləndirilib — Fins.az — Fins.az