
Mərkəzi Bank depozit hərracında 200 mln manat cəlb etməyi planlaşdırır
Azərbaycan Mərkəzi Bankı mayın 18-də depozit hərracı keçirəcək.
Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
"Mərkəzi Bank mayın 18-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.
Mərkəzi Bank depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.