
Mərkəzi Bank depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 29-da depozit hərracı keçirəcək. Bu barədə Fins.az-a Mərkəzi bankdan məlumat verilib.
"Mərkəzi Bank yanvarın 29-da keçirəcəyi depozit hərracında 28 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,76%-7,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb