
Mərkəzi Bank depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır
Azərbaycan Mərkəzi Bankı fevralın 5-də depozit hərracı keçirəcək. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
"Mərkəzi Bank fevralın 5-də keçirəcəyi depozit hərracında 28 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,51%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb