
Mərkəzi Bank depozit hərracında 100 milyon manat cəlb etməyi planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 26-da depozit hərracı keçirəcək. Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib.
"Mərkəzi Bank oktyabrın 26-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.