Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası mexanizmini təkmilləşdirmək niyyətindədir

Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası mexanizmini təkmilləşdirmək niyyətindədir

BANK
1,158

Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlakın icbari sığortası mexanizmini təkmilləşdirilməsini zəruri hesab edir. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, “Bu gün daşınmaz əmlakın icbari sığortası sisteminin təkmilləşdirilməsi aktual məsələlərdəndir. Bu, həm təbii və texnogen fəlakətlərdən zərər görən əhalinin vəziyyətini yüngülləşdirməyə, həm də sığorta sektorunda artımı təmin etməyə imkan verərdi. Sistem təkmilləşdirilməlidir, bu məqsədlə daşınmaz əmlakın icbari sığortasının çox inkişaf etdiyi Türkiyə mütəxəssisləri ilə bir sıra məsləhətləşmələr həyata keçirmək niyyətindəyik”

Mərkəzi Bank sədri vurğulayıb ki, eyni zamanda əhalinin maarifləndirilməsini artırmaq və daşınmaz əmlakın icbari sığortası müsbət cəhətlərini əyani surətdə nümayiş etdirmək zəruridir. “Əfsuslar olsun ki, bu gün əhalimiz sığortanın müsbət cəhətləri ilə çox tanış deyil. Bu səbəbdən əhalinin fəal maarifləndirilməsi bizim vəzifəmiz olacaq, həm də bu prosesi məktəbdən başlamaq lazımdır. Bizim zəruri alətlərimiz var, bu istiqamətdə işi fəallaşdıracağıq”, - Rüstəmov əlavə edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası mexanizmini təkmilləşdirmək niyyətindədir — Fins.az — Fins.az