Mərkəzi Bank banklar və BOKT-ların kredit portfelinin nə qədər artdığını AÇIQLAYIB

Mərkəzi Bank banklar və BOKT-ların kredit portfelinin nə qədər artdığını AÇIQLAYIB

BANK
984

2019-cu ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının  kredit portfeli 17,5% - 15 milyard 298,2 milyon manatadək artıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, 2020-ci ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 273,1 milyon manat (2019-cu ilin əvvəlindən azalma 19,7% - İF) və ya bütün kreditlərin 8,3%-ni təşkil edir.

2019-cu il dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 800 milyon manat (artım 23,9%) milli valyuta, 5 milyard 297,4 milyon manat (artım 7,1%) xarici valyuta ilə verilib. Cari il yanvarın əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 34,6% (2018-ci ilin sonuna 38%) təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank banklar və BOKT-ların kredit portfelinin nə qədər artdığını AÇIQLAYIB — Fins.az — Fins.az