Mərkəzi Bank 3 şirkəti cərimələdi – hesabat qaydaları pozulub

Mərkəzi Bank 3 şirkəti cərimələdi – hesabat qaydaları pozulub

BANK
339

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində üç şirkət inzibati məsuliyyətə cəlb olunub.

Məlumata görə, qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim edilməməsi və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbindən A+CO ASC, DİADEM ASC və Ekolizinq MMC barəsində inzibati tədbir görülüb.

Qeyd olunub ki, adıçəkilən qurumlar İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən hər biri 2000 manat məbləğində cərimə edilib.

AMB vurğulayıb ki, maliyyə bazarlarında şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə nəzarət tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank 3 şirkəti cərimələdi – hesabat qaydaları pozulub — Fins.az — Fins.az