“MasterCard” Azərbaycan üzrə yeni menecer təyin edib

“MasterCard” Azərbaycan üzrə yeni menecer təyin edib

BANK
1,045

“MasterCard” şirkətində yüksək sürətlə genişlənən bazarlarda marketinq və kommunikasiya üzrə vitse-prezident vəzifəsinə yeni təyinat olub. 

Bu vəzifəyə Ceren Türkben Kaya gətirilib. 2013-cü ildən “MasterCard”da çalışan C.T.Kaya bundan öncə Cənub-Şərqi Avropa bazarları üzrə koordinator olub.

Yeni təyinatla Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, İsrail və Özbəkistan kimi ölkələrin bazarlarına cavabdeh olacaq.

Türkiyənin Boğaziçi Universitetinin məzunu olan C.T.Kaya karyerasına 2002-ci ildə “Reckitt Benckiser Turkey”də başlayıb.

©“Report”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“MasterCard” Azərbaycan üzrə yeni menecer təyin edib — Fins.az — Fins.az